Əlaqə Arxiv
news Image
2021.03.04
09:20
| A A A
Myanmada “ən qanlı gün”: toqquşmalarda 38 nəfər həlak olub

Myanmada baş verən etirazların və toqquşmaların gedişində ən azı 38 nəfər həlak olub.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner-Burgener bildirib. O, bu günü çevrilişdən sonrakı “ən qanlı gün” adlandırıb.

Xüsusi nümayəndə hərbçilərin hakimiyyətə gəlişindən sonra ümumilikdə 50-dən çox insanın həlak olduğunu, çox sayda insanın isə yaralandığını deyib. Onun sözlərinə görə, Myanmada 1200-dən artıq insan saxlanılıb, onların bir çoxundan ailələri belə xəbər ala bilmir.

Qeyd edək ki, 2020-ci ilin payız aylarında Myanmada keçirilən parlament seçkilərində “Demokratiya uğrunda milli liqa” qələbə qazanmışdı. Partiyanın parlamentdə 476 yerdən 396-nı əldə etməsi onlara növbəti beş il üçün yenidən hökumət formalaşdırmağa imkan verirdi. Hərbçilərin dəstəklədiyi “İttifaqın həmrəyliyi və inkişafı” partiyası isə parlamentdə cəmi 33 mandata sahib olmuşdu.

Fevralın 1-də ölkədə hərbi çevriliş baş verdi və hakimiyyət silahlı qüvvələrin komandanı Min Aunq Hlaynın əlinə keçdi, vitse-prezident Mint Şve isə prezident səlahiyyətlərinin icraçısı təyin olundu. Hərbçilər bir il müddətinə ölkədə fövqəladə vəziyyət rejimi elan etdi. Myanma Prezidenti Vin Min, həmçinin digər yüksək vəzifəli məmurlar həbs olundu. Onlar 2020-ci il noyabrın 8-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham edilirlər.

Sizin Reklam Yeriniz