Əlaqə Arxiv
news Image
2021.03.06
09:30
| A A A
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır

ABŞ prezidenti Cozef Bayden xaricdə hərbi gücün istifadəsi siyasətinin yenilənməsinin zəruriliyi ilə razılaşır.

Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Bununla birgə C.Psaki guman edir ki, C.Baydenin əmri ilə Suriyadakı son zərbələr amerikan qanunveriliciyi baxımından leqal şəkildə həyata keçirilib.

Xatırladaq ki, ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Eyni zamanda, dövlət başçısı daha sonra qəbul edilən bir sıra qanunlara görə, bu barədə Konqresi xəbərdar etmək şərti ilə xaricdə hərbi güc tətbiq olunmasına göstəriş verə bilər.

Sizin Reklam Yeriniz