Əlaqə Arxiv
news Image
2021.03.09
14:32
| A A A
Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir

Azərbaycan Respublikasının torpaq—iqlim şəraiti, tarixi mədəniyyəti və toplanmış təcrübəsi, elmi—texniki nailiyyətlərinin inkişafı digər sahələrdə olduğu kimi nəqliyyat və enerji sahəsindədə  dayanıqlı irəliləyişə zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi  “Ölkəmizin inkişafı üçün indi yeni imkanlar açılıb . Azərbaycan özünü dünyada ləyaqətli , güclü, məsuliyyətli ölkə kimi göstərmişdir. Müharibə bir çoxlarına Azərbaycan potensialının nədən ibarət olduğunu göstərmişdir. Biz döyüş meydanında qələbə qazandıq , biz mülki sahədə qələbə qazandıq .Çünki əgər güclü iqtisadiyyat qurmasaydıq, güclü ordu qura bilməzdik. Ona görə də bütün amilləri sintezi həm qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı şərtləndirəcək”. Azərbaycan Regionda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Azərbaycanın  beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Azərbaycan dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib.
Azərbaycanın  elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır.. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür.
Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.
Azərbaycanın bütün məsələlərə  yeni strateji baxışı, yanaşması var.. Azərbaycan bundan sonra da irəliləyəcək,bütün sahələrdə yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

İradə İMANBƏYLİ, 

Masallı Dövlət Regional Kollecinin tarix müəllimi.

Sizin Reklam Yeriniz