Əlaqə Arxiv
news Image
2021.03.21
11:00
| A A A
ABŞ ordusunun Əfqanıstandan çıxması barədə hələ ki, qərar yoxdur

ABŞ Prezidenti Cozef Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələ bir qərar verməyib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Yeni Dehlidəki mətbuat konfransında deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, bu mövzuda rəhbərlik hərtərəfli prosesi davam etdirir və prezident həqiqətən bu qərarı vermək üçün çalışır: "Hazırda (Əfqanıstanda - red.) qalma müddəti və əsgər sayı ilə bağlı bir qərar verilməyib".

Sizin Reklam Yeriniz