Əlaqə Arxiv
news Image
2021.04.04
13:44
| A A A
İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

İordaniyanın paytaxtı Amman şəhərində Kral aiələsinin üzvü Şerif Həsən bin Zayd və Kral II Abdullahın sabiq məsləhətçisi, sabiq maliyyə naziri Bassam Avadalla saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İordaniyanın "Petra" agentliyi xəbər verir.

Məlumata əsasən, daha bir neçə nəfər təhlükəsizlik səbəbi ilə saxlanılıb.

"Əl Mayadin" telekanalı öz növbəsində bildirir ki, Ammanda Kral II Abdullahın hakimiyyətdən uzaqlaşdırılması barədə plan üzə çıxıb və dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Qeyd edilir ki, hazırda keçmiş vəliəhd şahzadə Həmzə bin Hüseyn və bir neçə yüksəkrütbəli zabit ev dustaqlığında saxlanılır.

Lakin Ammandakı rəsmi nümayəndə keçmiş vəliəhd şahzadənin saxlanılmasına dair məlumatları təkzib edib.

Sizin Reklam Yeriniz