Əlaqə Arxiv
news Image
2021.04.05
17:50
| A A A
Sülhdən qaçdı, savaşda uduzdu

 

Martın 31-də keçirilmiş Türkdili Dövlətlərin Əməkdaşlıq Şürasının qeyri-formal Zirvə görüşü təkcə Türk dünyasının deyil, dünyanın bir cox sivil ölkələrinin diqqət mərkəzində oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cıxışı cox maraqla dinlənildi. Cənab Prezident bəzi məsələlərdən sonra iştrakçıların diqətini II Qarabağ savaşında Azərbaycanın qələbəsinə yönəltdi. Azərbaycanın Prezidenti qısa da olsa, ötən əsrin 90-cı illərində erməni vandallarının ölkəmizə hücumundan və torpaqlarmızın 20 faizinin işğalından, sonrakı tarixi proseslərdən iştrakcılara məlumat verdi. Xocalı faicəsində soyqırım qurbanlarından, 2016-cı ildən başlayaraq ardıcıl torpaqlarımızda təxribattörədilməsi, BMT-nin qətnamələrinin yerinə yetirilməməsindən, dünyanın nəhəng dövlətlərinin, ATƏT-in Minsk qrupunun hadisələrə qeyri-formal münasibətdindən danışdı: “Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.”

Dəfələrlə sülh yolu ilə torpaqlarımızın azad olunmasına şərait yaransada erməni rəhbərləri laqeydlik göstərdilər. İki il əvəlki görüşdə “Qarabağ Ermənistandır”, deyərək məsələnin sülh yolu ilə həllinə xitam verdi. 2020-cı ilin sentyabrında mənfur düşmən bizi yeni təxribatlara cəkdi. Düşmən geri otuzduruldu. Ordumuz gücünü düşmənə göstərdi. Ancaq “Böyük Ermənistan“ yaratmaq xülyasından əl cəkməyən düşmənin niyyəti ürəyində qaldı. Qəhrəman ordumuz öz missiyasını yerinə yetirdi. Torpaqlarımızı düşmənin işğalından azad edib, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezident göstərdi ki, rəsmi İrəvanın 30 illik işğalçılıq siyasəti təkcə öz iqtisadiyyatını məhv etmədi, bütün regionun inkafına mane oldu. Buradan aydın olur ki, erməni liderləri və onların xarici himayədarları öz xalqını fikirləşmir, dünya tarixinə yeni təxribatlar yazmaq iddiasını müdafiə edir, Türk dünyasına yeni tarixi düşmənçilik ənənəsini davam etdirirlər. Azərbayacanı müharibəyə cəlb edən ermənilər hələ də Qarabağı hərbi yolla qaytarmaq iddiası ilə yaşayırlar. Ötən 44 günlük müharibəni biabırcasına uduzan düşmən başa düşmək istəmir ki, əgər Azərbaycan ordusu istəsəydi Ermənistan ərazisində tarixi torpaqlarımızı çox asanlıqla qaytara bilərdi.

Görüş iştarakçıları Azərbaycan Liderinin cıxışını cox diqqətlə dinləyib, Ali Baş Komandanın düşünülmüş, regionda sülhə xitmət edən dəyərli fikirlərinə dəstək olduqlarını bildirdilər.

Camaləddin AĞAYEV,

Masallı rayonu, Mahmudavar kənd sakini

Sizin Reklam Yeriniz