Əlaqə Arxiv
news Image
2021.04.05
17:37
| A A A
Ermənistanın təxribatı cavabsız qalmadı

Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub,onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları  və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticəlnib.

 Ermənistanın hərbi təcavüzü eyni zamanda Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi hərc-mərclik ,iqtisadi böhran, dövlət institutlarının iflic  olması ölkənin faktiki  “olum,ya ölüm” seçimi qarşısında qoyub.Məhz bu kritik anda Azərbaycan xalqı öz quruluşunu  böyük oğlu ,təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib.

    Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olur,problemlə bağlı bir sıra mühüm sənədlər qəbul olunur.

   Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr,müqəddəs ocaqlar və məbədlərdir.Tarixi-dini abidələr xalqımızın milli kimliyini ,mənəvi -əxlaqi dəyərlərini və adət-ənənələrini  özündə təcəssüm etdirən ,onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır.Buna görə dı ölkəmizin işğal olunmuş ərazilərində maddi mədəniyyət nümunələrini ,o cümlədən tarixi-dini abidələri  məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.

      30 ildən sonra həsrətində olduğumuz Qarabağ torpaqları  geri qaytarıldı.Ermənistan təslimçi sülhə imza atdı ,Azərbaycan qalibdir.

   Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi  altında olan torpaqlarımızı azad etmək məqsədilə  sentyabrın 27-dən etibarən bu qalibiyyət yolunda zəfər yürüşündə başladı.Bu,Ermənistanın ardıcıl təxribatlarının  və yeni işğal planlarının qarşısını almaq idi.

 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi,minlərlə canlı qüvvəsini ,yüzlərlə hərbi texnikasını məhv etdi.

  II Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi.Siyasi əqidəsindən,mənsubiyyətindən,mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi.Bütün bölgələrdən ordumuza dəstək gəldi.Azərbaycan xalqı hər gün dövlətimizin başçısı  cənab İlham Əliyevdən  qələbə xəbərini gözlədi.Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu.Ölkəmizdə yaşayan bütün millətlərin,dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər,Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.

  Bu,bizim böyük sərvətimiz,dəyərimizdir.

 

Ağayar SƏFƏROV

Masallı Poçt Filialının Türkoba Poçt Şöbəsinin rəisi

Sizin Reklam Yeriniz