Əlaqə Arxiv
news Image
2021.04.06
16:42
| A A A
Ermənistan “Azərbaycan casusu”nu yaxaladığını açıqladı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində dövlətə xəyanət faktı ilə bağlı cinayət işi çərçivəsində ilkin istintaq bitib.

Movqe.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İnformasiya Mərkəzi yayıb. Məlumata görə, istintaq zamanı Türkiyəni dəfələrlə ziyarət etmiş Ermənistan vətəndaşının məhz orada Azərbaycan xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığı iddia edilib.

Təsir altına düşən şəxs müəyyən mükafat qarşılığında Azərbaycana vacib məlumatlar ötürməyə razılıq verib. Onun Azərbaycan xüsusi xidmət orqanlarına mütəmadi olaraq Ermənistan ordusunun dövlət və hərbi sirr təşkil edən məlumatları ötürdüyü bildirilib. Bunun qarşılığında isə o, 1500 dollar mükafat alıb.

Saxlanılan şəxslə bərabər Ermənistan Milli Təhlükəsizlik Xidməti onun həyat yoldaşını da məsuliyyətə cəlb edib. Ermənistan kəşfiyyatının iddiasına görə, qadın guya öz həyat yoldaşına fəaliyyətində yardım edib.

Qeyd edək ki, adı açıqlanmayan şəxs bir müddət öncə saxlanılmışdı. Ümumiyyətlə isə 44 günlük müharibədən sonra Ermənistan casus ovuna çıxıb. Hətta UNİSEF-in İrəvan ofisinin rəhbəri Marian Klark-Xattinqin də Azərbaycana casusluq etdiyi iddia edilmişdi.

Sizin Reklam Yeriniz