Əlaqə Arxiv
news Image
2021.04.15
09:19
| A A A
Vladimir Zelenski tanınmış erməni əsilli iş adamının Ukrayna vətəndaşlığını ləğv edib

Ukrayna Prezidenti Vladimir Zelenski 3 nəfərin vətəndaşlığının ləğv edilməsi barədə fərman imzalayıb.

AZƏRTAC “RBK-Ukrayna” saytına istinadla xəbər verir ki, Prezident Ofisindən verilən məlumata görə, Ukrayna vətəndaşlığı ləğv edilənlərdən biri də erməni əsilli Araik Amirxanyandır.

Qeyd edək ki, Araik Amirxanyan tanınmış erməni əsilli iş adamıdır. O korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Sizin Reklam Yeriniz