Əlaqə Arxiv
news Image
2021.04.15
23:00
| A A A
Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfər edib

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan nazir Nikos Dendiasu Ankarada Prezident Administrasiyasında qəbul edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın rəhbərlik etdiyi heyətlər arasında görüş keçirilib.

Nazirlər ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Qarşılıqlı münasibətlərin inkişafı üçün təxribat xarakterli açıqlamalara son qoyulmasının vacibliyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu vurğulayıb ki, hər iki ölkədəki azlıqların sabitlik şəraitində olması tərəflərin maraqlarını əks etdirir.

Nazir Nikos Dendias çıxışında əminliklə ifadə edib ki, mövcud problemlərin konstruktiv dialoqla həlli mümkün olacaq.

Sizin Reklam Yeriniz