Əlaqə Arxiv
news Image
2021.04.16
09:00
| A A A
Masallı rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

 Aprel 15-də Masallı şəhər Heydər Əliyev Mərkəzində ara məsafəsi gözlənilmək şərti ilə rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, respublika Ağsaqqallar Şurasının məsul işçisi Elmira Süleymanova, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, KİV nümayəndələri və şura üzvləri iştirak etmişlər.

Çıxışlardan sonra təşkilati məsələlər müzakirə olunmuşdur. Masallı rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilmiş, Masallı rayon Ağsaqqallar Şurasının 7 nəfərdən ibarət idarə heyətinin üzvü və sədri seçilmişdir.

Səsvermə yolu ilə Ələşrəf Niftiyev yenidən Masallı rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Masallı rayon Ağsaqqallar Şurasının sədri,  III dərəcəli «Vətənə xidmətə görə» ordenli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ə.Niftiyev göstərilən etimada görə minnətdarlığını ifadə edib. O, şuranın uğurlu fəaliyyəti üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.

Konfrasda, həmçinin Ağsaqqallar Şurasının idarə heyətinin və təftiş komissiyasının üzvləri seçiliblər.

 

 

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz