Əlaqə Arxiv
news Image
2021.04.23
16:04
| A A A
Ərazilərin bərpası və inkişafı ümumilli məsələdir və bu işlər planlı şəkildə aparılır

İşğal altında azad edilmiş ərazilərdə bərpa işləri cənab Prezidentin əmri ilə planlı şəkildə aparılır . Əsasəndə ilk növbədə Füzuli - Şuşa yolunun çəkilməsi , bütün ərazidə kamunal işlərin görülməsi , su elektirik stansiyalarının çəkilişi və s. işlər ön plandadır. Xarici dövlətlərdən də çox təkliflər gəlməkdədir. Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fərdi iştirak etmək istəyirlər . Prezidentin də çıxışında söylədiyi kimi biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad olunmuş torpaqlara qayıdacaq vətəndaşlara ən gözəl şərait yaradılsın.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib .

Dövlət başçısı qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava Limanının tikilməsinə start veriləcək. Üçüncü hava Limanı Laçın rayonu ərazisində inşa ediləcəkdir . Yəni gördüyümüz kimi bütün istiqamətlərdə Müharibə çatandan sonra quruculuq işlərinə start verildi.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, dünya tarixində bir çox müharibələr olub, ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik  dünya müharibə tarixində olmayıb. Hətta ikinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilməyib, dini abidələr dağıdılmayıb. Biz bu Müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Onu məhv edən Azərbaycan xalqı olmaqla başda Ali Baş komandirimiz İlham Heydər oğlu Əliyev olmuşdur . Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq . Ermənistanda böyük bir har-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı  bu vəhşiliyi heç vaxt unutmasın. Hər kəs bilməlidir ki, biz bunu heç vaxt bağışlamamalıyıq !

Qumral Rzalı,

Masallı Gənclər Evinin əməkdaşı

Sizin Reklam Yeriniz