Əlaqə Arxiv
news Image
2021.05.04
09:00
| A A A
Fransalı aktyor Ərdoğandan Türkiyədə siyasi sığınacaq istədi

Fransalı komediya aktyoru  Diedonne M'Bala Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi sığınacaq verilməsi xahişi ilə məktub göndərib.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, "Türkiyə Respublikasının Prezidentinə açıq məktub" iki dildə hazırlanıb.

M'Bala yazır ki, artıq 20 ildir Fransada təhdidlərə, şantajlara və ayrı-seçkiliyə məruz qalır. Üstəlik, onun ünvanına hücumlar İsrailin Fələstinlə bağlı mövqeyini tənqid etməsindən sonra başlayıb.

"Mən fransızları və 30 il ərzində güldürdüyüm bütün insanları çox sevirəm. Ancaq mənim ölkəmin bəzi rəhbərləri vətəndaşları bərabər vəziyyətə qoymurlar və nəticədə qaradərililər ayrı-seçkiliyə məruz qalırlar. Mən artıq Fransada özümü təhlükəsiz hiss etmirəm, həyatım təhlükə altındadır", - deyə Türk liderinə ünvanlanmış məktubda bildirilir.

M'Bala vurğulayır ki, müasir Türkiyə onun gözlərində güclü hüquqi dövlətdir, burada ayrı - seçkiliyin və təhqirlərin istənilən formasına yol verilmir, hüquqa zidd hərəkət etməyə çalışanlar isə qanunun bütün ciddiliyi ilə məsuliyyət daşıyırlar.

"Mən Türkiyəyə son aylarda bir neçə dəfə səfər etmişəm. Mən qonaqpərvərliklə üzləşdim və qadın və kişilərin davranışından çox təsirləndim. Türkiyə sakinlərində insana, anadan olandan gələn qürur və hörmət hiss etdim. Qürur və hörmət müasir dünyada insanların axtardığı yeganə şeydir. Bu baxımdan Sizdən barışıq və sülh içində yaşaya biləcəyim Türkiyədə mənə siyasi sığınacaq verməyinizi xahiş edirəm.

Hörmətli Türkiyə Prezidenti, hörmət və ən xoş arzularımla, xahişimi qəbul etməyinizi xahiş edirəm”, - deyə məktubda daha sonra deyilir.

 

Sizin Reklam Yeriniz