Əlaqə Arxiv
news Image
2021.05.04
21:45
| A A A
Braziliyada universitet kollektivi Ermənistanın Azərbaycana təcavüzününü və onun nəticələrini öyrənirlər

Azərbaycanın Braziliyadakı səfirliyindən Movqe.az-a bildiririlib ki, mayın 4-də səfir Elxan Poluxov Braziliyanın Paraiba əyalətinin Paraiba Federal Universitetinin (UFP) Beynəlxalq Əlaqələr fakültəsinin müəllim və tələbə heyəti, həmçinin, onlayn izləyicilər üçün “Müdafiə və Təhlükəsizlik: sosial risklər” adlı tədris kursu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda mühazirə oxumuş, xüsusi ilə 44 günlük müharibənin gedişi və nəticələri haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Müstəqilliyimizin ilk günlərindən ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, erməni təcavüzü – birinci Qarabağ müharibəsinin nəticəsində 20% ərazilərin işğal olunması və 1 milyona yaxın Azərbaycanlıların öz yurdlarından didərgin düşməsi, gənc dövlətimizin böyük çətinlik və problemlərlə üzləşdiyini diqqətə çatdırılmışdır. İşğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıdması ölkə rəhbərliyimizin hər zaman əsas prioritet məsələsi kimi olduğunu qeyd edən E.Poluxov, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin apardığı müdrik siyasətinin davamçısı olan Prezident İlham Əliyevin ardıcıl və davamlı strategiyası nəticəsində işğala son qoymaq və erməni faşizmi üzərində qələbə çalmağın mümkün olduğunu bildirmişdir.

Hazırda azad edilmiş ərazilərdə aparılan bərpa işlərindən danışan səfir, ilk məcburi köçkünlərin doğma yurdlarına dönmə prosesinə 2022 ildən başlanacağı vurğulanmış, yenidən qurma işləri zamanı dağıdılmış ərazilərdə ən müasir texnologiyaların istifadə olunacağı, “ağıllı kənd və şəhər”, “yaşıl enerji” quruculuq prinsiplərin yeridiləcəyi də diqqətə çatdırılmışdır. Səfir E.Poluxov bu prosesdə Azərbaycana dost olan ölkələrin iştirakının mümkünlüyü və gələcək planlar və perspektivlər haqqında da fikirləri ilə bölüşmüşdür. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.

Sizin Reklam Yeriniz