Əlaqə Arxiv
news Image
2021.05.06
10:34
| A A A
Türkiyə və İsrailin bundan başqa çarəsi yoxdur!

"Türkiyə və İsrailin uzlaşmaqdan başqa çarəsi yoxdur".

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar, ekspert Rafael Sədi deyib.

“Bir tərəfdən Türkiyədə məsciddə bibər qazının sıxılması hadisəsində CHP “Bura Qüdsdür ki, bibər qazından istifadə edirsiz?” deyirsə, digər yandan “Uşaq qatili İsrail” söylənilirsə, o biri tərəfdən də Türkiyə Misirlə uzlaşmaya gəlir deyə, təbriklərini çatdıran İhvan hərəkatı var ortada... Bu, nəyin göstəricisidir? Barışmaqdan və ortaq məxrəcə gəlməkdən başqa seçim yoxdur. Heç kimin müharibə edəcək, bir-birini didəcək imkanı yoxdur. Hər kəs bir-birinə möhtacdır. Amerika nə edər, erməni məsələsi – bunlar hamısı cəfəngiyyatdır. Bir-birilərini sıxışdıracaqlar, sonunda razılaşacaqlar. Səfirlər (Rusiya və Avropa arasında yaşanan böhran nəzərdə tutulur – red.) son dəqiqədə vurulan qol kimidir. Görəsən nə isə qoparda bilərəmmi deyə, hər kəs mənfəətini güdür. Amma hər şey olacaq. Su axar, yolunu tapar”, - deyə Sədi bildirib.

Sizin Reklam Yeriniz