Əlaqə Arxiv
news Image
2021.05.08
09:50
| A A A
Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçiriləcək.

Movqe.az AZƏRTAC-a istinadla  xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Gürcüstandakı Səfirliyi silsilə tədbirlər planı hazırlayıb.

Səfirlikdən bildirilib ki, plana əsasən, mayın 9-da Marneuli rayonunda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan Gürcüstanın Kvemo-Kartli regionunu əhatə edən sərbəst güləş üzrə Dostluq Turniri başlayacaq.

Mayın 10-da isə Ulu Öndərin olmasının 98-ci ildönümünə həsr olunmuş Gürcüstanın yeniyetmə və gəncləri arasında Şahmat turnirinin açılış mərasimi olacaq. Eyni zamanda Tbilisinin mərkəzində və Rustavi şəhərindəki onun abidələri ziyarət ediləcək.

Bundan başqa, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sərgi açılacaq.

Mayın 11-də həmçinin, Tbilisidəki Yeni Voleybol Arenasında Ulu Öndərin xatirəsinı həsr olunmuş Gürcüstan və Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandalarının dostluq görüşü təşkil olunacaq.

Sonda sərbəst güləş, şahmat və voleybl yarışlarının qalibləri və iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim ediləcək.

Tədbirlərdə səfir Faiq Quliyevlə yanaşı, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin, Güləş Federasiyasının və digər qurumların rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Sizin Reklam Yeriniz