Əlaqə Arxiv
news Image
2021.05.15
16:55
| A A A
İranın Ali Məhkəməsinin sədri prezident seçilmək üçün namizədliyini irəli sürüb

Bu gün İranın Ali Məhkəməsinin sədri İbrahim Rəisinin iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçki qərargahı tərəfindən qeydə alınıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, xalqa müraciətində İ.Rəisi bildirib ki, prezident olacağı təqdirdə, əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizəyə, yoxsulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının qorunmasına və sanksiyaların ləğv edilməsinə yönəldəcək.

Qeyd edək ki, İ.Rəisi ötən prezident seçkilərində Həsən Ruhaninin əsas rəqibi olmuşdu.

Sizin Reklam Yeriniz