Əlaqə Arxiv
news Image
2021.05.26
09:45
| A A A
Suriyada prezident seçkiləri keçirilir

Bu gün Suriya Ərəb Respublikasında prezident seçkiləri keçirilir.

Movqe.az Trend-ə istinadla bildirir ki, ölkənin daxili işlər naziri Məhəmməd Rahmon Dəməşqdə keçirdiyi mətbuat konfransında seçkilərdə 18 milyondan çox seçicinin iştirak edəcəyini bildirib.

Səsvermə 12 102 seçki məntəqəsində keçiriləcək. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq və 19:00-a qədər işləyəcək.

Rahmon qeyd edib ki, hakimiyyət koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, zəruri sanitar-profilaktik tədbirlər həyata keçirib.

Seçkilərdə üç namizəd, Bəşşar Əsəd, Abdulla Sallyum Abdulla (Sosialist Partiyası) və müxalifət nümayəndəsi Mahmud Əhməd Murai mübarizə apacaqlar.

Xatırladaq ki, Suryada prezidentin səlahiyyət müddəti yeddi ildir.

Sizin Reklam Yeriniz