Əlaqə Arxiv
news Image
2021.05.26
11:52
| A A A
Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu

Vətən müharibəsindəki qələbəmiz respublikamızın sürətli inkişafına zəmin yaratdı, yeni iqtisadi inkişafın təməlini qoyduq. Bu möhtəşəm zəfərimizi dövlətimizin iqtisadi-siyasi gücünün, beynəlxalq nüfuzunun daha da artması ilə səciyyələndirsək, yanılmarıq. Artıq regional inkişafın yeni mərhələsindəyik.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı çıxışında əbəs yerə söyləmədi ki: “Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.”

Ermənistanın gələcəyi sual altındadır. Çünki çirkin niyyətindən əl çəkə bilməyən bir ölkənin gələcəyi yoxdur.

44 günlük müharibədə düşməni acı məğlubiyyətlə üz-üzə qoymaqla yanaşı, zəifləmiş iqtisadiyyatını daha da sarsıdıcı zərbələr altında qoyduq. Yəni bu vaxtacan rastlaşmıdğı kritik duruma düşən düşmən tamamən “himayədar ölkələrdən” asılı vəziyyətə düşüb. Lakin ən doğru yol Azərbaycan və Türkiyə kimi iki əsas qonşu dövlətlə iqtisadi-ticari əlaqələri bərpa etməkdir.

Ermənistandakı böhranlı vəziyyətdən çıxış yolları axtarılsa da alternativ variantlar məhduddur. Kreslo davası isə iqtisadi vəziyyəti daha da ağırlaşdırmaqdadır ki, artıq bu da kütləvi narazılığa səbəb olur.

Mayın 20-dəki müzakirələr zamanı respublikamızın rəhbəri vurğuladı ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.”

Gün-gündən siyasi nüfuzu aşağılanan Ermənistan beynəlxalq miqyaslı layihələrdən kənarda saxlanılır. Bu da ölkədəki sosial gərginliyi artırır, yaşayış səviyyəsini aşağı salır.

Ermənistanın baş naziri Nikol özünəməsus “jest” ilə yüksəldiyi kürsüdən ölkəsinin acınacaqlı vəziyyətini hər kəsdən daha yaxşı, daha aydın görür. O, hakimiyyətə sahiblənərkən xalqına, problemlərinin həll olunacağını, inkişafa nail olacağını vəd etmişdi. Budur, hər şey göz önündədir – “köhnə hamam, köhnə tas”, əksinə, böhran daha da dərinləşib.

Abbas Abbaszadə

Masallı rayon Həsənli kəndi

Sizin Reklam Yeriniz