Əlaqə Arxiv
news Image
2021.05.29
16:53
| A A A
Prezdentimizə ünvanlanan bayram təbriklərinə görə xalqımız sevinc hissi keçirir

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl həriflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad,demokrativ ,dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olundu,Şərqin ilk demokratik respublikasının təməlini qoydu.Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam oldu. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokrativ dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərpasına xüsusi qiymət verən ulu öndər Heydər Əliyev demişdir: “Bız ilk demokrativ Cümhuriyyətin yaranması gününü əziz tutaraq,onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika günü elan etmişik və bu bizim milli bayramimizdır.”

Respublikamız müstəqil bir ölkə olaraq dünyanın aparıcı ölkələri ilə həyata keçirəcəyi uğurlu siyasət,ölkə daxilindəki əmin amanlıq və siyası sabitlik dünya ölkələri tərəfindən müsbət qarşılanır.

Respublika günü münasibətilə ABŞ prezdentinin təbrik məktubu göndərməsi və həmin məktubda ikitərəfli münasibətlərin çoxşahəliyinə xüsusi önəm verməsi, Çin,İtaliya,Rusiya və iranın bizim ölkəmizlə əməkdaşlığa maraq göstərib münasibətləri yüksək qiymətləndirməsi xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Bütün bunlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilii və xarici siyasətin nəticəsidir.

Allah prezidentimizi qorusun!

Bayramınız mübarək!

Səfalı PAŞAYEV

Masallı rayonu, Çaxırlı kənd sakini, “Tərəqqi” medallı mühəndis

Sizin Reklam Yeriniz