Əlaqə Arxiv
news Image
2021.10.23
13:47
| A A A
Füzuliyə həyat qayıdır

Vətən müharibəsindən sonra Azərbaycan qalib dövlət kimi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Heç kəsə sirr deyil ki, 44 günlük müharibə gücümüzü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini nümayiş etdirib. Xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni torpağımızdan qovduq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələrinin görüşü zamanı qeyd etdi ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur- yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidən başlamışdır.

Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində , minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacaq. Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək.

Füzuliyə həyat qayıdır və qayıdacaq. Füzuli şəhəri də, rayonun kəndləri də çiçkəklənəcək. Düşmən tərəfindən yadırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gələcək, ermənilərdən fərqli olaraq azərbaycanlılar əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcək.

Aybəniz Novruzova

 Masallı şəhər sakin

Sizin Reklam Yeriniz