Əlaqə Arxiv
news Image
2021.11.30
13:27
| A A A
Azərbaycan əməkdaşlığa açıq ölkədir

Azərbaycan üçün İƏT daim etibarlı tərəfdaş olub. Buna görə də ölkəmiz bu əməkdaşlığa hər zaman istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət verib və yüksək qiymətləndirib.

Müstəqilliyinin ilk illərində dünya ilə iqtisadi əlaqələrdən geri qalan Azərbaycan üçün İƏT geniş və perspektivli imkanlar yaradıb və respublikamızın dünya bazarına qoşulmasına yardımçı olub. Ümummilli lider Heydər Əliyev də o dövrdə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verib və respublikamızla İƏT arasında münasibətlərin inkişafını diqqət mərkəzində saxlayıb.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Möhtərəm Prezidentimiz çıxış edərək demişdir:”Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.”

Prezident İlham Əliyev Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtdığını, məscidlərimizi donuz və inək saxlanılan yerlərə çevirdiyini, bununla da bütün İslam dünyasına qarşı düşmənçilik etdiyini diqqətə çatdırıb.

Möhtərəm Prezidentimiz çıxışının sonunda bildirmişdir:”Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.”

Əntiqə Tağıyeva 

Masallı rayon Hişkədərə kənd sakini

Sizin Reklam Yeriniz