Daha dörd nəfərin prezidentliyə namizədliyi qeydə alındı
Mərkəzi Seçki Komissiyasının növbəti iclasının gündəliyinə 8 məsələ salınıb
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Məlumata görə, iclasın gündəliyinə 8 məsələ salınıb.
Əvvəlcə MSK-nın iclas protokolu qəbul edilib. Daha sonra iclasda Bütöv Azərbaycan xalq Cəbhəsi tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, Müasir Musavat Partiyası tərəfindən Hafiz Hacıyevin, Sosial-Demokrat Partiyası tərəfindən Araz Əlizadənin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən Fərəc Quliyevin namizədliyi qeydə alınıb.
Liberal Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Fuad Əliyevin namizədliyi qeydə alınmayıb.