Əlaqə Arxiv
news Image
2022.02.17
18:08
| A A A
Prezidentin Ağdama səfəri

 

"Cənab Prezidentin adı tariximizə qalib sərkərdə və möhtəşəm Azərbaycanın qurucusu kimi yazılır". Dövlətimizin başçısı və birinci xanımı Ağdama səfəri çox əhəmiyyətli və məhsuldar olub. Dövlət başçısı Ağdam rayonunda enerjinin təminatı və inkişafı üçün yeni yeni layihələrin, komplekslərin tikilməsi ilə bağlı bir sıra qərarlar qəbul edib təməlini qoymuşdur.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.

Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağ zonasına hər bir səfəri iri miqyaslı layhələrlə yadda qalır.İşğaldan azad olunan ərazilərdə aparılan bərpa isləri təqdirə layiqdir.Görülən işlərdən "Qarabağ" Regional Elektrik şəbəkəsinin Rəqəmsal idarə etmə mərkəzinin açılışını həmçinin Prezident İlham Əliyevin təməlini qoyduğu Ağdam Sənayə parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan Enerji mənbələrini,Xalça istehsalın müəssisələri,yeni yaşayış komplekslərini göstərmək olar.13 fevral baş tutan Dövlət başçımızın Ağdam səfəri çərçivəsində 210 çarpayılıq Ağdam rayon mərkəzi xəstəxanasınında təməli qoyulmuşdur.

Cənab Prezident və birinci xanımı Mehriban Əliyevaya Azərbaycanın rifahı və inkişafı naminə görülən işlərə görə minnətdarlığımızı bildiririk,onlara bu şərəfli işlərdə uğurlar arzu edirik.

 

Orxan Allahverdiyev

Masallı şəhər sakini, gənc könüllü

Sizin Reklam Yeriniz