AŞPA-nın müşahidə missiyası MSK-da görüş keçirib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti MSK sədri Məzahir Pənahovla görüşüb.
APA-nın xəbərinə görə, görüşdə oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq, namizədlərin qeydiyyatı, seçkiqabağı kampaniyanı gedişi və digər məsələlər müzakirə olunub.