Əlaqə Arxiv
news Image
2022.05.01
14:18
| A A A
"Cənubi Qafqaz İnkişaf və Əməkdaşlıq" konfransı

 

 

Şuşa bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə,həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik.Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir.Azərbaycan ərazisində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv  edilmişdir.Kəlbəcər və Tərtər  rayonlarında quruculuq işinə başlanılıb. 20 MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25MVt-lıq hidroelektrik  stansiya istifadəyə veriləcək.

Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur.Bütün Qarabağ və Şərqi Zəngəzur elektirik xətləri ilə birləşdirilib.

Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz.Həm Türkiyə,həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur.

Sülh gündəliyinə və iqstiadiyyata diqqətimizi ayırmalıyıq ki,hər il milyardları silah almasına yox,iqtisadi inkişafa yönəldək.

Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaş həlak olmuş və ağır yaralanmışdır.Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq  daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var .

Ermənistan və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük fərq mövcud idi və buna düzəliş olunmuşdur.Avropa ittifaqı Ermənistana 2.6 milyard,Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib.Bu bir daha ikili standartların təzahürüdür.

Azərbaycan üçün Avropa ittifaqı çox önəmli tərəfdaşdır.

Azərbaycan Ermənistandan fərqli olaraq etnik xalqların yaşadığı bir ölkədir.Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik.Burada bütün etnik qruplar, ermənilər də daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar.

 

Tural Sadıqov 

Masallı rayon Hişkədərə kəndi

Sizin Reklam Yeriniz