Əlaqə Arxiv
news Image
2022.05.03
14:23
| A A A
ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans

 

 

             Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezident Ilham Əliyev konfransda iştirak edib.

            Tədbir ADA Universitetində 2022-ci il aprelin 29-da keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezident cənab Ilham Əliyev, Universitetin rektoru səfir Hafiz Paşayev, 23 ölkədən 40-a yaxın xarici qonaqlar iştirak etmişdilər. Tədbiri Universitetin rektoru səfir Hafiz Paşayev öz çıxışı ilə açdı. Cənab Prezidenti və qonaqları salamlayaraq, öz məmnunluğunu bildirdi. Həmçinin, bu tədbirin “Beynəlxalq Şuşa Forumu” kimi təşkil edilməsindən, xarici qonaqların Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfərindən söz açmışdır. Şuşa səfəri zamanı xarici qonaqlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola bilmişdilər. Azad edilmiş ərazilərdə erməni dağıntıları xaici qonaqların diqqətini cəlb etmişdir.

           Cənab Prezident öz çıxışında qonaqları və Universitetin rəhbərliyini   salamlayaraq öz çıxışına başladı. Əvvəlcə Şuşaya səfərinə görə xarici qonaqlara öz təşəkkürünü bildirdi. 30 illik işğal ərzində  Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidə ərazilərdə baş verən dağıntıları bir daha xarici qonaqların diqqətinə çatdırmışdır.  Cənab Prezident həmçinin ermənilərin Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin qeyri-qanuni məskunlaşmasından söz açmışdır.

           Cənab Prezident Ermənilərin beynəlxalq konvensiyaları kobud pozulmasını bir da vurğulamışdır. Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda yenidən quruculuq  planları barədə məlumatlar vermişdir. Qafqazda sülh və əməkdaşlığın inkişafının vacibliyini bildirmişdir.  Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Ermənistan rəhbərliyi və erməni əhalisi  sülhün zəruriliyini anlayır.

        Şuşa sessiyası zamanı bir sıra natiqlər təklif və tövsiyələrlə çıxış etmişlər.ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev  Cənab Prezidentə bu foruma güclü dəstək verdiyinə, regionda davamlı sülhün qurulmasında müdrik rəhbərliyinə görə bütün iştirakçılar adından səmimi təşəkkür etmişdir. Konfransda həmçinin Cənab Prezident qonaqların suallarını cavablandırmış və konfrans iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

Tərlan İslamov

Masallı rayon Ərkivan qəsəbəsi 1 saylı orta məktəbin müəllimi

Sizin Reklam Yeriniz