Əlaqə Arxiv
news Image
2022.05.07
17:45
| A A A
Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması

 

          1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar, Zəngilan döyüşləri, Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının  Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi.Çünki Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!
           Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər

            Zəngilan rayonu 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra  dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etdilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Dövlət başçımızın tapşırığı ilə burada yenidənqurma və bərpa işləri aparılır.

              Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul  etdi. Zəngilan haqqında çox əhatəli məlumat verdi. Vahid Hacıyevin qarşısında mühüm vəzifələr qoydu. Ölkə başçısı Cənab İlham Əliyev  Zəngilan rayonunun strateji yerləşmə baxımından Azərbaycanın ən prespektivli rayonlarından olduğunu vurğuladı. Orada görüləcək işlər haqqında geniş məlumat verdi.

                 Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

                  Göründüyü kimi, Prezident İlham Əliyev azad olunmuş rayonlarda həyatın bərpası məsələlərini daim diqqətdə saxlayır. Onun bu və ya digər rayona səfəri isə bu işlərin daha tez və daha yaxşı görülməsinə, vaxtında başa çatdırılmasına, bununla yanaşı, həmin ərazilərin yenidən məskunlaşmasına şərait yaradır.

Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqü açmışdır..Azad edilmiş bütün torpaqları bərpa edİməsi üçün görülən layihələr və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə öz yurd-yuvalarına qayıdacaqlar.

                 Cənab Prezident azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsinin vacibliyinə diqqət çəkərək keçmiş məcburi köçkünlərin Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün lazımi imkanlarının olacağını bildirdi. Bərpa və quruculuq işlər planlı və sistemli şəkildə aparılır, bütün amillər nəzərə alınaraq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf etdirilir.

Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir.  Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir.

            Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir.Prezident İlham Əliyev Azərbaycan təbiətinin əsrarəngliyi haqqında danışaraq Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun bərpası, kəsilmiş ağacların yerində yenidən meşə zolaqlarının salınması, təbiətin qorunması, əlbəttə ki, ön planda olması haqqında geniş məlumat verdi. Zəngilan rayonunun çox gözəl, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından biri olacaq. Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməli, təxirəsalınmaz işlərə  dərhal başlanmalıdır.

             Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqü açmışdır. Ölkəmizin çiçəklənməsi naminə hamımımz bir olub, müstəqil Azərbaycan dövlətinin daha da  inkişafına nail olmalıyıq.

Yeganə Sadıxova

Masallı rayon Dəmirçi kənd orta məktəbinin kitabxana müdiri

Sizin Reklam Yeriniz