Əlaqə Arxiv
news Image
2022.06.11
15:05
| A A A
Azərbaycan xalqının qurtuluşu


Xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi,
tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən
ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Ulu öndər Heydər Əliyev
müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə
qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki
qüvvələr güclü idi, həm də Azərbaycan kimi zəngin təbii sərvətlərə və böyük coğrafi-
strateji əhəmiyyətə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri
qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycanın
zəifləməsi, məğlubiyyətə uğraması, başqa bir tərəfdən də daxildə hakimiyyət çəkişməsi
1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən xalq
özü saldı”.
1993-cü il iyunun 9-da ümummilli lider Heydər Əliyev xalqın çağırışına səs verərək
Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm
addım oldu. İyunun 15-də isə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz
təməlləri qoyuldu. Ulu öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı
kimi qeyd edildi. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır
vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ümummilli Lider Heydər Əliyev
problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub
inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ümummilli
liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması
siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Bu il də Azərbaycan xalqı Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu
Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad
edərək, ölkəmizin ərazi bütövlüyü təmin etdi. Prezident İlham Əliyev ata vəsiyyətini
yerinə yetirdi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi
bütövlüyü təmin olunmuş Azərbaycandır. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini
yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O, tarixi bizlərə bəxş edən dahi insanı
eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.
Arzu Qasımova

Masallı rayon Şərəfə kənd tam orta məktəbi

Sizin Reklam Yeriniz