Əlaqə Arxiv
news Image
2022.06.15
19:15
| A A A
Azərbaycan ilə Türkiyə arasında Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi


Tarixi məbələrə əsaslansaq Azərbaycanla Türkiyə ayrılmaz dost, iki qardaş, iki dövlət və bir millət olmuşlar. 44 günlük müharibə bunu bir daha sübut etdi ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub və
olacaqdır. 28 may Respublika günündə Azərbaycan Respublikasına səfər edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 15 iyun Qurtuluş günündə də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə birgə “ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar.
Bu bəyannamənin iki dövlət arasında olan sadiq münasibətindən irəli gələn görüşünün tarixi əhəmiyyətini Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilməsini xüsusi vurğuladı. İki dost və qardaş ölkə arasında əvvəllər də imzalanmış beynəlxalq sənədlərə, həmçinin 13 oktyabr 1921-ci il tarixlı Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər.
Bundan sonra bir çox önəmli sənədlərə imza atan iki qardaş ölkə 09 fevral 1994-cü il tarixində “ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə”,
həmçinin 16 avqust 2010-cu il tarixində “ Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə imza atıldı.
Hər iki tərəf yüksək qürurla bildirdilər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, traixi
ədalətin zəfər çalmasını və Beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Torpaqlarımızın azad edilməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirilir.
Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığın bundan sonra da gücləndirəcəklərini bildirdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində həyata keçirilən fəaliyyətlərə xüsusi
təkan veriləcəyini bildirdilər. Bundan sonra da dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi uğrunda yeni-yeni müqavilə və sazişlərin imzasına daha da geniş yer verilməsi gələcək addımlarda öz əksini tapacaqdır.

Canəli Abdullayev

Masallı rayonu Qarğalıq kənd Ə. Vəliyev adına tam orta məktəbin Dil-ədəbiyyat
müəllimi

Sizin Reklam Yeriniz