Müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasıdır. Ordumuzun yaradılması
prosesi , əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1917-1918-ci illərdə
erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq
təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna
başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun
yaradılmasına başlanıldı. Azərbaycan ordusunun əsası Azərbaycan Xalq Cümhuriyyəti
dövründə qoyulmuşdur. Bu böyük ənənələr müasir dövrdə də qorunub saxlanılır və
inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində
mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı
Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu
yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin
yaratmışdır. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara
havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən
digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik
edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada
bilmədilər. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin
geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət
orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu
prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq
təhlükəsi qarşısında qoydu. Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi
çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və
müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və
orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı.
Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin
məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər
Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə
hakimiyyətə gəldi. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm
tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət
istiqamətdə inkişafına şərait yaratdı. Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox
yüksəkdir, möhkəmdir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən
qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına
sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və
monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Azərbaycan
Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə düşmənə ağır zərbələr endirərək , 30 illik həsrətimiz olan əzəli və əbədi
Qarabağımızı özümüzə qaytardı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə
etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən
üstün olduğunu bütün dünyaya sübut etdi. Bu ordu işğal olunmuş ərazilərimizi
düşməndən azad etdi, ölkəmizin ərazi bütövlüyünü qorudu,Azərbaycan xalqının nəyə
qadir olduğunu bütün dünyaya göstərdi.Vətən Müharibəsində
Azərbaycan Respublikasını Prezidenti Ali Baş Komandan İlham Əliyev Ulu
Öndərin siyasi kursunu ləyaqətlə davam etdirərək layiqli sərkərdə olduğunu bütün
dünyaya sübut etdi. Düşmən başına endirilən” Dəmir yumruq” dan sarsıldı və bir daha
özünə gələ bilmədi.Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Müzəffər Ordumuz
dövlətimizin etimadını şərəflə doğruldacaq , qazandığı uğur və nailiyyətlərlə xalqımızı
daim sevindirəcək .
İlham AĞAYEV
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin
direktoru