Əlaqə Arxiv
news Image
2022.06.25
12:01
| A A A
Milli silahlı qüvvələrin formalaşması prosesinin mühüm mərhələləri


Şərqdə ilk demokratik Respublika yarandıqdan sonra 1918-ci il iyunun 26-da
“Müsəlman korpusu” kimi tanınan ordu birləşəsi yarandı.Lakin müəyyən səbəblər
üzündən ordu öz vəzifəsini yerinə yetirə bilmədi.
1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti quruldu. AXC süqut etdi,ordu
dağıldı.Aradan uzun müddət keşdikdən sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi.İlk
iş ordu quruculuğunda müəyyən addımların atılması oldu.1992-ci il 18 sentyabr tarixli
Fərmanla 9 oktyabr Silahli Qüvvələr Günü elan edildi,lakin 22 may 1998-ci il tarixli
Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan
Respublikası Silahlı Qüvvələr Günü kimi tarixə düşmüşdür.
Ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi.Yavaş-yavaş Azərbaycan
Respublikasının ordusu formalaşmağa başladı.Yaranan ordunun saxlanılması,inkişaf
etdirilməsi əsas amillərdən idi.Lakin müstəqillik əldə edildikdən sonra ölkədə qeyri-sabit
vəziyyət hökm sürürdü.Azərbaycan qazandığı müstəqilliyi itirmək qorxusu ilə üz-üzə
dayanmışdı.Bu zaman xalq H.Əliyevə müraciət etdi.H.Əliyev xalqın istəyi ilə yenidən
hakimmiyyət başına keçdi.
H.Əliyev hakimiyyət başına keçdikdən sonra orduya xüsusi diqqət ayırdı.Orduda
parakəndəlik, səriştəsizlik aradan qaldırıldı.Ordu quruculuğunda yenilik mütləq idi,çünki
Azərbaycan mənfur düşmənlə-Ermənistanla müharibə şəraitində yaşayırdı.
Xalqa güclü ordu lazım idi.H.Əliyev bu sahədə lazımi addımları ataraq xüsusi
tədbirlər həyata krçirtdi.Orduda vahid komandanlıq təmin edildi.
Görülən tədbirlər şəxsi heyətin döyüş haqzırlığını yüksəldirdi.H.Əliyev orduda
nəzarəti öz üzərinə götürdü.Hər zaman əsgərlərlə ön xətdə oldu.Onlara tövsiyələr Verdi.
Orduya qayğının artırılması gənclər arasında bu peşəyə həvəs yaratdı.Silahlı
Qüvvələrin Hərbi Akademiyası yaradıldı .
Aərbaycan ordusunun nizami ordu kimi formalaşdırılması dünyanın aparıcı
dövlətlərinin diqqətini çəkdi.
Hal-hazırda Ulu Öndərin apardığı hərbi siyasət və orduda islahatları onun layiqlı
davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevşərəf və ləyaqətlə
davam etdirir.O da atası kimi orduya xüsusi qayğı ilə yanaşır.
Bu gün ordumuz öz döyüş əzmini sübut etmiş qalib bir ordudur.2020 –ci il
sentyabrın 27 –də başlayan Vətən Müharibəsindən qalib çıxan Azərbaycan ordusu hərb
sahəsində öz sözünü demiş bir ordudur.Bu ordu müəyyən tarixi inkişaf mərhələsi keşərək
bütün dünyaya sübut etdi ki,Azərbaycan ordusu yenilməsdir.

Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi

Sizin Reklam Yeriniz