Əlaqə Arxiv
news Image
2022.06.29
19:41
| A A A
Prezident hərbi hizzənin açılışında iştirak edib

Prezident İlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr günündə Kəlbəcər
rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə
həsr olunmuş təntənəli mərasimində İştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna
səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş
təntənəli mərasimdə iştirak edib. Əvvəlcə müdafiə naziri general-polkovnik Zakir
Həsənov Cənab Prezident Ali Baş Komandan İlham Əliyevə raport verdi və yeni inşa
edilən hərbi şəhərçiyin baş planı barəsində məlumat verdi.
Cənab Prezident İlham Əliyev şəxsi heyəti salamlayaraq onları 26 İyun - Silahlı
Qüvvələr Günü münasibətilə təbrik etdi. Daha sonra Xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik
sükutla yad olundu.
Tədbirdə çıxış edən dövlət başçı Kəlbəcərdə yerlşən yeni komando hərbi
hissəsindən, dekabrın 24-də Hadrutda istifadəyə verilən birinci komando hərbi
hissəsindən bəhs etmişdir. Bu hərbi hissələrin açılması ordumuzun daha da gücləndiyini
bir daha sübut edir. Cənab Prezident Azərbaycan ordusunun ərazilərimizin bərpa
olunmasındakı xidmətlərindən bəhs etdi. Ermənilərin işğala son qoymaması,
Azərbaycanın sülh çağırışlarına əhəmiyyətsiz yanaşması, Azərbaycana qarşı yeni ərazi
iddiaları xalqımızı hiddətləndirdi. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə
yerinə yetirib 44 gün ərzində müharibə yolu ilə erməniləri darmadağın edib tarixi
torpaqlarını azad etdi.
Cənab Prezident həmçinin ordumuzun daha da gücləndirilməsinin vacibliyini bir
daha qeyd etdi. Kəlbəcər bir güllə atılmadan azad edilməsindən bəhs edən dövlət
başçısı onu da qeyd etdi ki, ermənilər məcburiyyət qarşısında qalıb təslim aktını
imzaladılar. Əks halda ermənilərin itgilərinin sayı qat-qat artacaqdı.
Hərbiçiləri bir daha təbrik edən dövlət başçısı sonda Qarabağ Azərbaycandır!
şüarı ilə öz çıxışını bitirmişdir.

Tərlan İslamov
Masallı rayonu Ərkivan qəsəbəsi C.Cabbarlı adına 1 saylı tam orta məktəbin
müəllimi

Sizin Reklam Yeriniz