Əlaqə Arxiv
news Image
2022.09.28
09:17
| A A A
27 sentyabr tarixində Prezident İlham Əliyevin Fizuliyə səfər etmişdir.

 

Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 ildir ki, düşmən torpağında həsrət çəkən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla da qazanmaq mümkündür. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

   Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fizuli rayonunda səfərdə olublar.Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək,Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.Daha sonra İlham Əliyev Anım günü ilə əlaqədar çıxış edib.

   Prezident çıxışında bildirdi ki, vətənpərvər oğullarımız öz qanı, canı bahasına torpaqlarımızı düşməndən azad etdi. Müzəffər ordumuz şəhidlərimizin axan hər damla qanı üçün düşməndən qisas aldı.Biz fəxr edirik ki, bu torpaqların sahibləri öz ata-baba yurduna qovuşdu. Qeyd edək ki, şehidlərimizin şərəfinə ucaldılmış xatirə abidəsi Fizuli rayonunun Qaraxanbəyli kəndində yerləşir.Bu kənd Vətən müharibəsinin ilk azad olunan kəndlərindən olub. Prezident İlham Əliyev bildirdi ki, bir vaxtlar bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Əsgərlərimiz heçnəyi düşünmədən öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.Həmçinin, İlham Əliyev bildirdi ki, müzəffər ordumuz cəmi 44 gün ərzində 300-ə yaxın şəhər və kənd yaşayış məntəqələrini işğaldan azad etdi. Çünki,onlar düşmən kimi qorxub geri çekilmədilər, hər çətinliyə dözərək yalnız ve yalnız irəli addım atdılar.

     Hər bir Azərbaycan vətəndaşının da borcudur ki, bu şanlı tarixi hec vaxt unutmasın və gələcək nəsillərə çatdırsın. Bundan sonra da düşmənə bir qarış belə torpaq verməmək üçün daim ərazi bütövlüyünün keşiyində durmalıdır.

   Çıxışının sonunda İlham Əliyev bir daha şəhidlərimizin xatirəsini ehtiramla yad edərək,xalqımızın qəlbində onların daim yaşayacağına inandığını bildirdi.

 

Babayeva Elanora

Masallır rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi

Sizin Reklam Yeriniz