Əlaqə Arxiv
news Image
2013.09.24
14:47
| A A A
Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.


Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.

 

Məlumatda bildirilir ki, Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlikin nazirlərlə görüşü bu həftə Nyu-Yorkda keçirilən BMT-nin Baş Assembleyasının 68-ci sessiyası çərçivəsində baş tutacaq.

 

Həmsədrlər Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşəcəklər.

 

Bu, yeni amerikalı həmsədrin digər həmsədrlərlə birlikdə tərəflərlə ilk görüşü olacaq.

Sizin Reklam Yeriniz