Əlaqə Arxiv
news Image
2013.09.27
11:30
| A A A
Ruhani: Yaxın Şərqdə nüvə silahına yer yoxdur

İran prezidenti Həsən Ruhani bəyan edib ki, dünyanın heç bir ölkəsi nüvə silahına malik olmalı deyil.  

 

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani BMT-dəki nüvə silahsızlaşdırılması məsələsinə dair debatlarda çıxışı zamanı Yaxın Şərqin nüvəsiz zonaya çevrilməsi üzrə tədbirlər çərçivəsində İsrailin də  Nüvə Silahının Yayılmaması barədə Müqaviləyə qoşulmasının zəruriliyini qeyd edib.  

 

Qeyd edək ki bu günə İranın XİN rəhbəri və ABŞ dövlət katibi Con Kerri arasında görüş planlaşdırılıb. Görüşdə İranın nüvə proqramı müzakirə ediləcək.  

 

Bundan öncə prezident Ruhani İran və Qərb dövlətləri arasında olan bu problemin 3-6 ay ərzində həllini tapacağına ümidvar olduğunu bildirib.  


Sizin Reklam Yeriniz