Əlaqə Arxiv
news Image
2013.10.01
12:10
| A A A
Baş prokuror: “Milli Şura bəzi qanunazidd hərəkətlər planlaşdırır”

"Bununla bağlı araşdırmanı çox ciddi şəkildə davam etdiririk"

"El" Hərəkatı Ali Məclisinin sədr müavini Əflan İbrahimovun ifadəsi əsasında aparılan araşdırma davam edir.

 

Bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib: "Onu bildirmək istəyirəm ki, bu gün seçki prosesi davam edir. Bütün namizədlər üçün lazımi şərait yaradılıb. İstənilən namizəd seçicilərlə görüşür. Əflan İbrahimovun ərizəsindən və təqdim etdiyi bəzi sənədlərdən görünür ki, Milli Şura tərəfindən seçki öncəsi və seçkidən sonra bəzi qanunazidd hərəkətlərin planlaşdırılması nəzərdə tutulur. Biz də bu araşdırmanı çox ciddi şəkildə davam etdiririk. Hamı bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq".

 

Xatırladaq ki, Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.


Sizin Reklam Yeriniz