Əlaqə Arxiv
news Image
2013.10.01
12:47
| A A A
Zakir Qaralov: “Seçkilərə bağlı işçi qrupu yaradılıb”

"Dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcəyik"

Azərbaycanda oktyabrın 9-da keçiriləcək seçkilərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, seçki komissiyalarından vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olan cinayət əməlinin olması ehtimal edilən məlumatlara dərhal baxılması və cinayəti törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi işinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Bunu baş prokuror Zakir Qaralov deyib.

 

Baş prokuror bildirib ki, prokurorluq orqanları digər hüquq-mühafizə  orqanları ilə  əlaqəli şəkildə seçki ərəfəsində və sonrakı mərhələlərdə də qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, ölkə üçün bu məsuliyyətli mərhələdə dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcək.

 

 


Sizin Reklam Yeriniz