Əlaqə Arxiv
news Image
2013.10.01
16:43
| A A A
Ərəstun Əlioğlu Zahid Orucla bağlı gedən tənqidi fikirlərə münasibət bildirdi

Son günlər müxalif qəzetlərdə Zahid Oruc və onun prezidentliyə namizədliyi ilə bağlı tənqidi fikirlərin yer almasına, onun daha çox hakimiyyətin adamı kimi təqdim edilməsinə namizədin Seçki Qərargahının rəhbəri və səlahətli nümayəndəsi Ərəstun Əlioğlu fikir bildirib: "Şüursuz insanlar anlamaq istəmirlər ki, bu gün Azərbaycanda yüzlərlə Heydər Əliyevçi var. Hər gün beyinləri qaynatsa da, qaynatmasa da götürüb yazırlar ki, Zahid Oruc Heydər Əliyevçidir. O zaman niyə prezidentliyə öz namizədliyini veribdir? Bunların Avropa təfəkkürünə çatmalarına hələ bir əsr vard. Biz bu barədə mətbuata yetəri qədər açıqlama ötürmüşük. Bu gün biz normal və demokrtaik bir ölkədə yaşayırıq. Hər bir Azərbaycan vətəndaşının seçilib-seçmək hüququ var. Zahid Oruc da bu hüququndan istifadə edib. Zahid Oruc dünən də Heydər Əliyevçi idi, bu gün də Heydər Əliyevçidir və sabah da Heydər Əliyevçi olaraq qalacaq. Daha başqaları kimi gündə bir mövqe dəyişdirmir. Müxalif mətbuatda Zahid Orucun üzərinə gedilməsinin səbəbi gün kimi aydındır. O insanlar niyə belə qıcıq alır, bu da məlumdur. Çünki, Zahid Oruc teledebatlarda Cəmil Həsənlini daha çox gün üzünə çıxardaraq, müxalifətin əsl simasını göstərir. Və Cəmil Həsənlini düz yola dəvət edir. Bundan nəticə çıxartmaq əvəzinə, təssüflər olsun ki, bu gün yalan, təhqir və böhtanlarla Zahid Orucun üzərinə gəlirlər. Biz o insanlara Türkiyə modelini önərdik və bildirdik ki, bu gün Türkiyədə GHP-çi də, MHP-çi də, hətta AKP-çi də Atatürkə sayqı duyur, onun ideyaları ilə dövləti idarə edirlər. Bu gün biz, özlərini radikal müxalifət adlandıran insanlara da məhz bunu, bu yolu önəririk. Çünki bu dövləti quran, onu min bir zillət ilə möhkəmləndirən, onu dünya dövlətləri arasında tanıdan məhz Heydər Əliyev olub. Zahid Oruc dövlətçilik prinsiplərinə sadiq bir insandır. Bu gün o, yürüdülən siyasi kursu dəstəkləyərək, dövlətin məhz bu siyasi kurs üzrə inkişaf etməsini və daha böyük nailiyyətlərə imza atmasını istəyir. Zahid Oruc bu gün dövləti əhəmiyyət kəsb edən işlərlə məşğuldur. Ona görə bizlər üçün müxalif kəslərin etmiş olduqları cızma-qaralar heç bir önəm kəsb etmir.

Sizin Reklam Yeriniz