Əlaqə Arxiv
news Image
2013.10.01
19:18
| A A A
Qarayaxma üzərində qurulan platforma

"Demkonqres", "SİDSUH", "DUH", "DUBB", "Birləşmiş Müxalifət Hərəkatı (BMH), "5-lər", "Azadlıq" Seçki (sonradan Siyasi) Bloku, "Bizim Azərbaycan" Seçki (sonradan Siyasi) Bloku, "ATA", "YES", "İctimai Palata" , "Demokratik Qüvvələrin Məşvərət Məclisi", "EL" və nəhayət tezbazar ərsəyə gətirilən Demokratik Qüvvələrin Milli Şurası. Bunlar Azərbaycanda mövcud olan müxaliflətin 20 ilə yaxın bir müddətdə yaratdıqları birliklərdir. Hər birinin yaranması seçki ərəfəsinə təsüdüf edir, elə məhv olması da seçkidən az sonra baş verir. Təbii bu birliklərin yaranmasında üçüncü əlin olması istisna edilməməlidir, amma bunlara baxmayaraq onlar heç zaman Azərbaycan xalqının iradəsinə təsir edə bilməyiblər.

Bu insanlar indi də tarixin şərəfli bir anından – 95 il əvvəl yazılan şanlı Azərbaycan tarixindən öz çirkin niyyətləri naminə yararlanmaq istədilər. Özləri bunu bacardıqlarını etiraf edirlər, indi viran qalmış və adı belə çəkilməyən İctimai Palatanı yaradanda dedikləri sözləri yenidən təkrarladılar.

Dava-dalaşla, uzun çək-çevirdən sonra özlərinə bir dublyor namizəd də tapdılar. Rüstəm İbrahimbəyovdan Eldar Namazova yönələn baxışlar, sonra İsa Qəmbərlə Əli Kərimlinin yanından da keçərək Cəmil Həsənlinin üzərində cəm oldu. Razılıq əldə edildi, nəticədə indi seçki kompaniyasında Milli Şura orada təmsil olunan siyasi oyunbazlar və hakimiyyət həsrətliləri tərəfindən başdan-başa yağlı tikə kimi görünən Cəmil Həsənli Prezidentliyə namizəd oldu.

Cəmil Həsənli əslində gözləmədiyi bir zamanda nəinki meydana, hətta meydanın lap mərkəzinə düşdü. Proffessoru olduğu ixtisası, 10 illik deputatlıq fəaliyyətindəki təcrübəsində istifadə edərək seçkiyə qatılan Cəmil Həsənli hər şeyin hazır olduğunu düşünürək bu işə razılıq vermişdi. Amma indiki reallıq bunun tam əksini göztərir – hakimiyyətə gələcəkləri halda həyata keçirəcəkləri bir platformaları yoxdur, kadr imkanları yoxdur, gələcəklə bağlı heç bir konsepsiyaları yoxdur, konkretləşdirdikləri heç bir təklifləri yoxdur. Bu yoxluq və bügünkü hakimiyyətə qarşı qarayaxmalar üzərində qurulan platformadan hansı uğuru gözləmək olar?!

Bunlar anlayırlar ki, bu gün ölkədə hər bir sahədə düzgün strategiya qurulub, həm daxili, həm də xarici siyasət ideal formada balanslaşdırılıb, onlara qalan yeganə iş isə sükanın arxasına keçməkdir. Lakin onlar dərk etmirlər ki, Azərbaycanı bəlalardan, məhv olmaqdan qurtaran, onu dünyanın nüfuzlu dövlətlərindən birinə çevirən və bu gün xalqın yüksək etimadını qazanan hakimiyyət sizlərə nəyə görə etibar edilməlidir? Böyük güclərin Misirə, Liviyaya, Suriyaya, İraqa gətirdikləri şərti demokratiyaya görəmi? Yoxsa kiçik dünya dövlətlərini daima təqib edən beynəlxalq QHTlərin hesabatlarına görəmi?

Xalqla hakimiyyətin bir olduğu, həmrəylik ortaya qoyduğu, sosial rifahın gündən-günə yaxşılaşdığı, beynəlxalq uğurların durmadan artdığı, nüfuzun yüksəldiyi bir dövləti səriştəsiz insanlara etibar etməyin zamanı çoxdan keçib. İndi hakimiyyətin mənbəyi olan xalq görülən işlərə, qazanılan uğurlara dəyər verir. Qarayaxma, əsası olmayan şər və böhtan üzərində qurulan kompaniyaya və yalan vədlərə yox.

Azərbaycan xalqı öz iradəsində qətidir və dönməzdir. Xalq yaradılan təsisatlara və verilən vədlərə deyil, görülən işlərə dəyər verir və onu qiymətləndirir. Düşünürəm hakimiyyət həsrətlilərin namizədi Cəmil Həsənli haqqında qərarı Azərbaycan xalqı 9 oktyabrda verəcəkdir. Onlara göstərilən etimadsızlıq düşüncəsi və siması köhnəlmiş müxalitəmizin sonu olacaqdır.

Sizin Reklam Yeriniz