Əlaqə Arxiv
news Image
2013.10.02
17:26
| A A A
İran üçün bütün variantlar masadadır

Movqe.Az xəbər verir ki, Netanyahu, Obama ilə görüşündə "İrana sanksiyalara davam edin. Hərbi əməliyyat təzyiqi yaradın" mesajını verib, Obama isə "Bütün variantlar masadadır" deyib. ABŞ prezidenti Barak Obama, İran prezidenti Həsən Ruhani ilə telefon görüşü etdikdən üç gün sonra İsrail Baş naziri Benyamin Netanyahunu qonaq edib. Son 30 ildir iki ölkə arasındakı ən üst səviyyəli əlaqəyə imza atan Obama və Ruhani arasında inkişaf edən mülayim münasibətlər, bazar ertəsi günkü Netanyahu-Obama görüşünün də gündəm xəbəri olub. Reutersə görə, Netanyahu Obamaya İranın nüvə proqramını davam etdirəcəyi təqdirdə sanksiyaların davam etməsi lazım olduğunu söyləyib. Netanyahu, İrana qarşı "vazkeçirici hərbi hərbi təzyiq" variantını masada tutmaq istəyir. Obama buna cavab olaraq "Biz, İranda nüvə silahı qalmadığından əmin olmaq üçün, hərbi variant daxil olmaqla, heç bir variantı masadan qaldırmamışıq" cavabını verib. Reutersə danışan məsləhətçisi, "İllər sonra qurulan isti münasibəti pozan tərəfin Netanyahu olduğu" şəklindəki imicin, Netanyahunun vecinə olmadığını söyləyib.

Sizin Reklam Yeriniz