Əlaqə Arxiv
news Image
2013.10.03
16:32
| A A A
Cəmil Həsənlinin Gəncədə seçicilərlə görüşü yarımçıq başa çatıb

Gəncədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli görüşə gələnlər arasında ona qarşı narazı adamların olduğunu görərək onu vaxtından əvvəl başa çatdırmalı olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Cəmil Həsənli və Əli Kərimli çıxış edərkən iştirakçılar arasında onların siyasətinə etiraz edənlər olub. Bu zaman Cəmil Həsənlinin tərəfdarları kobudluq ediblər, nəticədə C.Həsənlinin əleyhdarları ilə tərəfdarları arasında kiçik insident yaşanıb.

İnsidentin böyüməyindən ehtiyyat edən Cəmil Həsənli və onu müşayiət edənlər görüşü tez başa çatdıraraq zalı tərk ediblər. Saat 12:00-da başlaması nəzərdə tutulan görüş 12:30-da başlayıb və 13:05-də başa çatıb.

Sizin Reklam Yeriniz