Əlaqə Arxiv
news Image
2013.10.03
18:47
| A A A
Seçki bülletenlərinin DSK-lara çatdırılması prosesi yekunlaşıb

Seçki bülletenlərinin çapı və Dairə Seçki komissiyalarına (DSK) çatdırılması prosesi yekunlaşıb.


Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

M. Pənahov bildirib ki, bülletenlərin çatdırılması prosesində heç bir qanun pozuntusuna yol verilməyib, bülletenlər qanunauyğun şəkildə DSK-lara çatdırılıb.

 

MSK sədri əlavə edib ki, müşahidəçilərin qeydiyyatı məsələsində də hər hansı problem yoxdur: "MSK özü də bu məsələdə neqativ halların baş verməməsində maraqlıdır. Bütün müşahidəçilərə seçki tam başa çatana qədər şərait yaradılmalıdır. Seçki məntəqələrindən dairələrə qədər bu məsələyə diqqət yetirilməlidir".


Sizin Reklam Yeriniz