Əlaqə Arxiv
news Image
2013.10.04
11:05
| A A A
Deputat AŞPA-da Qarabağ həqiqətlərindən danışdı

Sahibə Qafarova Sarkisyanın Qarabağ münaqişəsinə dair bir sıra faktları gizlətdiyini bildirib

Siyasət  AŞPA sessiyasının plenar iclasında Böyük Britaniyalı parlamentari Gim Şeridan və Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer tərəfindən hazırlanmış "Avropa münaqişələri nəticəsində itkin düşmüş şəxslər - humanitar cavab axtarışında uzun yol" adlı hesabat Assambleya iştirakçılarının müzakirəsinə təqdim olunub.


APA-nın Avropa bürosunun məlumatına görə, hesabatın müzakirəsi zamanı Yunan və Kipr deputatları Türkiyə hökumətindən xahiş ediblər ki, Avropa münaqişələri zamanı itkin düşmüş şəxslərin uğurlu axtarışını təmin etmək məqsədilə Türkiyədə yerləşən hərbi bazalara və hərbi arxivlərə müvafiq qaydada buraxılış yaradılsın.


Bu məsələnin müzakirələri zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hazırda hələ də 4035 şəxsin itkin düşdüyünü misal gətirib.


Öz çıxışında azərbaycanlı millət vəkili fürsətdən istifadə edərək, oktyabr ayının 2-də Assambleya qarşısında çıxış etmiş Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra faktları dandığını, gizlətdiyini və Azərbaycana qarşı böhtan xarakterli məlumatlar verdiyini bildirib. Bu müstəvidə S.Qafarova bildirib ki, S.Sarkisyan öz çıxışında BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 4 qətnaməsinin (822, 853, 874, 884) güya ki Azərbaycana qarşı qəbul olunduğunu bildirməklə, faktları danmış və Azərbaycana böhtan atıb. Xanım Qafarova S.Sarkisyanın yalan danışdığını və bu yalanı sübut etmək məqsədilə sözügedən qətnamələrdən sitat gətirib. Qətnamələrdən gətirilmiş sitatda, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə dair konkret məlumatlar Assambleya iştirakçılarının diqqətinə çatdırılıb.


Sizin Reklam Yeriniz