Əlaqə Arxiv
news Image
2013.10.04
19:17
| A A A
Polisin vurduğu qadın sən demə...

Movqe.Az xəbər verir ki, ABŞ Konqres Binası yaxınlığında polisdən qaçarkən vurularaq öldürülən qadın sürücünün doğumdan sonra depresyonda olduğu öyrənilib. Ağ Ev qarşısındakı bir təhlükəsizlik baryerinə dəydikdən sonra qaçmağa çalışarkən polisin izlədiyi və Konqres Binası yaxınlığında vurduğu qadın sürücünün, 34 yaşındakı Miriam Karey olduğu təyin olunub. Kareyin anası Idalla Karey, keçən il avqust ayında doğum edən qızına doğum sonrası depressiya diaqnozu qoyulduğunu söyləyib. Miriam Kareyin şiddətə meylli bir insan olmadığına işarə edən anası Karey, Stamfordda yaşayan qızının Vaşinqtonda olma səbəbini bilmədiyini söyləyib. Kareyin 1 yaşındakı qızı Erikanın da həmin qaçışma əsnasında avtomobildə olduğu və zədəli olaraq xəstəxanaya qaldırıldığı gələn xəbərlər arasındadır.

Sizin Reklam Yeriniz