Əlaqə Arxiv
news Image
2013.10.07
11:02
| A A A
Qarabağ məsələsi müxalifət üçün yenə arxa plandadır
Mais Səfərli: “Cəmil Həsənli artıq İsa Qəmbərin, Əli Kərimlinin toruna düşüb” Hafiz Hacıyev: “Radikal müxalifətin Gürcüstanda, o cümlədən Londonda fəaliyyət göstərən erməni diasporu qarşısında müəyyən öhdəlikləri var” Azərbaycanın bir nömrəli problemi olaraq qalan Dağlıq Qarabağ münaqişəsinə ölkə müxalfiətinin hələ də laqeyd münasibət sərgiləməsi özünü daha qabarıq formada büruzə verməkdədir. Hər halda keçirilmiş teledebatlarda, təşkil etdikləri mitinqlərdə, xaricilərlə görüşdə bir daha müşahidə olundu ki, onlar üçün şəxsi maraq milli maraqdan öndə gəlib. Çıxışları monoton, təkrar məzmun, hazırki iqtidarı arqumentsiz tənqid etmək üzərində qurulub. Qarabağ mövzusuna isə demək olar ki, toxunulmur. Əksinə, Milli Şuranın yaradıcısı və rəhbəri Rütəm İbrahimbəyov dəfələrlə "Qarabağ ermənilərin də ola bilər" kimi anti-milli ifadələr işlədib. Siyasi şərhçilərin fikrincə, Qarabağ məsələsinin çözümündə radikal müxalifətin nə istəyi, nə də gücü yoxdur.

Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd edir ki, radikal müxalifətin, xüsusi ilə də Milli Şuranın hazırda Qarabağla bağlı açıq-aydın, insanlar tərəfindən başa düşüləcək platforması yoxdur: "Çıxışları xaotik, əsəbi, aqressiv və dövlət başçısının gördüyü effektiv, parlaq, böyük fəaliyyətin üzərinə kölgə salmaqdan ibarətdir. İnsanlar Cəmil Həsənlinin çıxışında başqa heç nə eşitmirlər. Azərbaycan xalqı isə normal qiymət verməyi bacarır. Ona görə də o cür çıxışları heç kəs qəbul etmir. Axı, necə bu cür fəaliyyətə kölgə salasan?! Prezident İlham Əliyev gələcək zamanda danışmır. İlham Əliyev 10 ildə konkret iş görüb. Azərbaycanı çox yüksək templə inkişaf etdirib, nüfuzlu dövlətlər sırasına qaldırıb. Ən ali təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü edib. Necə bu fəaliyyətin üzərinə kölgə salasan?! Amma müxalifətin əsas namizədinin çıxışı nə üzərində qurlur? Azərbaycanı sevməyən, xüsusi ilə də erməni dairələrinin, bəzi xarici ölkə mətbuatında gerçəkliyə söykənməyən qeyri-obyektiv qəzet materialların üzərində qurulur. Cəmil Həsənli artıq İsa Qəmbərin, Əli Kərimlinin toruna düşüb. Onun çıxışları öz əleyhinə və müxalifətin ifşasına yönəlib. Onsuz da müxalifətin elektoratı son dərəcə zəif idi. Bu dəfə isə seçkilərdən Milli Şuraya daxil olmuş partiyalar şil-küt olmuş halda çıxacaqlar. Çünki, xalq onlara səs verməyəcək".

Partiya sədri əlavə etdi ki, Qarabağ məsələsini ilk mərhələdə həll etmək olardı: "Çünki, o vaxtı bu, Azərbaycan-Ermənistan məsələsi idi. Amma təəssüflər olsun ki, o vaxt hakmiyyətə gələn AXCP bunu bacarmadı. Artıq bu gün Qarabağ beynəlxalq güclərin məsələsidir. Bu məsələnin həllində müxalifətin heç bir resursu yoxdur. Müxalifət komandasında heç bir şəxs bu problemi beynəlxalq səviyyədə çözmək iqtidarında deyil".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, radikal müxalifətin Gürcüstanda, o cümlədən Londonda fəaliyyət göstərən erməni diasporu qarşısında müəyyən öhdəlikləri var: "Onlarla müəyyən danışıqlar gedir. Həmin danışıqların məqsədi odur ki, erməni diasporunun, başqa dövlətlərin köməkliyi ilə bunlar hakimiyyətə gəlsinlər. Bununla da Dağlıq Qarabağı ermənilərə peşkəş versinlər. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Moskvada olarkən bir açıqlama vermişdi ki, Dağlıq Qarabağ Azərbaycanın torpaqları deyil. Bundan sonra onlar Gürcüstana getdilər. Gürcüstanda Kərimov Əlinin pasportu olmadığından getməsə də, Qəmbərov İsa çıxış etdi. Orda da erməni diasporunun ən böyük liderlərindən biri ilə gizli görüşləri olub. Həmin gizlin görüşlərdə Dağlıq Qarabağın ermənilərə verilməsi ilə əlaqədar danışıqlar aparıblar. Ona görə də radikal müxalifət heç vaxt Dağlıq Qarabağ məsələsini önə çəkmir. Öhdəçilik naminə istəyirlər ki, Azərbaycanda qarışıqlıq etsinlər və bu qarışıqlıqdan istifadə edib hakimiyyətə gəlsinlər. Axı, siz nəyə görə Mokvadakı otellərin birində Əlikram Hümbətovla görüşüb, onu Ermənistana göndərirsiniz? Əlikram Hümbətov onların adamıdır. Hətta belə bir təhlil vermişdilər ki, seçki ərəfəsində ermənilərlə görüş təşkil etdib Azərbaycanın bir neçə rayonunu işğal etsinlər. Torpaqların getməsini də indiki hakimiyyətin üstünə atsınlar. Bunlar milli maraqlara xidmət edən insanlar deyil. Hakimiyyətə gəlmək üçün bütün variantlardan istifadə edirlər ki, əvvəlki kimi Azərbaycını tam-mar edib, dağıtsınlar. Ona görə də onları nə Dağlıq Qarbağ, nə də Azərbaycan xalqı maraqlandırmır. Ümumiyyətlə isə, onların heç Qarabağın həllindən elə də variantları yoxdur".

Sizin Reklam Yeriniz