Əlaqə Arxiv
news Image
2013.10.07
12:00
| A A A
Avropa təşkilatlarının qısamüddətli müşahidə missiyaları Bakıdadır

Beynəlxalq təşkilatların qısamüddətli müşahidəçiləri oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana gəliblər.


Avropa Şurasının ofisindən APA-ya verilən xəbərə görə, britaniyalı Robert Valterin rəhbərlik etdiyi 32 nəfərlik AŞPA nümayəndə heyəti artıq Bakıdadır. Onlar seçki gününə qədər MSK sədri, siyasi partiyalar, QHT-lər və KİV nümayəndələri ilə görüşlər keçirəcəklər. Səsvermə günü missiya üzvləri bütün ölkə üzrə prosesi müşahidə edəcəklər.  

 

Ötən həftənin sonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qısamüddətli müşahidəçiləri də Azərbaycana gəlib. Onların sayı 280 nəfərdir. Missiya üzvlərinin bir hissəsi bu gün Azərbaycanın rayonlarına göndəriləcək.

 

Avropa Parlamentinin italiyalı Pino Arlaççinin başçılıq etdiyi 7 nəfərlik missiyası da artıq Bakıdadır. Onlar seçkiyə qədər bir sıra görüşlər keçirəcəklər və 9 oktyabrda səsverməni müşahidə edəcəklər.

 

Qeyd edək ki, ATƏT DTİHB, AŞPA və Avropa Parlamentinin missiyaları oktyabrın 10-da birgə mətbuat konfransı keçirərək seçkilərin gedişi və nəticələrinə dair ilkin rəylərini açıqlayacaqlar. 

 

Sizin Reklam Yeriniz