Əlaqə Arxiv
news Image
2013.10.08
14:09
| A A A
Vladimir Putin MDB ölkələri vətəndaşlarına viza rejiminin tətbiqinin əleyhinə çıxıb
“Biz onları özümüzdən uzaqlaşdırmamalı, əksinə, yaxınlaşdırmalıyıq”

"MDB daxilində viza rejiminin tətbiqi o mənaya gələcək ki, biz keçmiş sovet respublikalarını özümüzdən kənara itələyirik. Biz onları özümüzdən uzaqlaşdırmaq yerinə, yaxınlaşdırmalıyıq. Biz bu prosesi daha sivil formada etməli, bu yolda işimizi elə qurmalıyıq ki, yerli əhalini qıcıqlandırmasın, əksinə, müsbət reaksiya doğursun". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

Miqrasiya problemi mövzusunda sualı cavablandıran V. Putin bildirib ki, Rusiyanın əmək bazarı yerli vətəndaşlar tərəfindən doldurulmayan iş yerlərinin doldurulmasına ehtiyac duyur: "Ona görə də biz əmək bazarı ilə bağlı məsələlərə daha diqqətlə yanaşmalı, miqrantların hansı iş yerlərinə buraxılması məsələsini daha peşəkar səviyyədə həll etməliyik".  

 

V. Putin onu da əlavə edib ki, miqrantlar rus dilini, mədəniyyətini bilmək və Rusiya qanunlarına, ənənələrinə hörmət göstərməyin zəruriliyini dərk etməlidir: "Hüquq-mühafizə orqanları lazımi reaksiyaları göstərməlidir. Burada hər cür korrupsiya təzahürlərinin qarşısının alınması üçün cəmiyyətin hüquq-mühafizə orqanları üzərində nəzarəti də vacibdir". 

Sizin Reklam Yeriniz