Əlaqə Arxiv
news Image
2013.10.08
19:40
| A A A
Sergey Lebedev: Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB-nin İcraiyyə komitəsinin sədri və icraçı katibi Sergey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında S.Lebedev MDB-nin 276 müşahidəçi ilə seçkiləri izləyəcəyi barədə məlumat verərək, Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb və MDB müşahidə missiyasının bütün Azərbaycan ərazisi boyunca seçkiləri müşahidə edəcəyini bildirib.


S.Lebedev seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu qeyd edərək, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.


Nazir E.Məmmədyarov, ümumiyyətlə, seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirib.

Görüş əsnasında MDB-nin bu ilin oktyabrında Minskdə keçiriləcək Zirvə toplantısı və MDB ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz