Əlaqə Arxiv
news Image
2013.10.09
11:18
| A A A
Prezident seçkilərinə dair maraqlı rəylər verildi
Oktyabrın 9-u Azərbaycan siyasi tarixində yer alan ən mühüm günlərdən biridir. Azərbaycan xalqı növbəti beş il üçün onu irəliyə doğru aparan liderini seçir. Bu seçimlə bağlı siyasilərin, millət vəkillərinin, tanınmış şəxslərin fikirlərini "Mövqe" qəzeti ilə bölüşüblər.


Bayram Səfərov: "Əhali xoşbəxt yaşamaq üçün İlham Əliyevə səs verəcək"

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirdi ki, xalqın böyük hissəsi cənab prezident İlham Əliyevi sevir və dəstəkləyir: "YAP-ın sədri, ölkə Prezidenti kimi gördüyü işlər, aparılan siyasət, insanlara verilən qiymət göz qabağındadır. Ona görə də əhali xoşbəxt yaşamaq üçün İlham Əliyevə səs verəcək".


Çingiz Qənizadə: "Seçkilərdə İlham Əliyev yüksək səs fərqi ilə qalib gələrək yenidən Azərbaycanın prezidenti seçiləcək"

Milli Məclisin deputatı Çingiz Qənizadə bildirdi ki, seçkilərin normal, demokratik şəraitdə keçirləcəyinə şübhə etmir: "Artıq aparılan müşahidələr, yerlərdəki görüşlər, debatlardakı çıxışlar göstərir ki, seçkilərdə İlham Əliyev yüksək səs fərqi ilə qalib gələrək yenidən Azərbaycanın prezidenti seçiləcək. Artıq 20 gündür ki, 40 kənddə görüş keçirmişəm. Görüşlərin sonunda seçkilərlə bağlı fikir mübadiləsi oldu. 5 il bundan öncə insanlar arasında müxtəlif mövqelərdən çıxış etməsi hiss olunurdusa, indiki görüşlər zamanı birmənalı olaraq müxalif mövqeli insanlar demək olar ki, yox səviyyəsindədir. Yerlərdə regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlar insanlara müsbət təsir edib. Demək olar ki, hamı İlham Əliyevi dəstəkləyəcəyini bildirir. Əvvəlki bir sıra seçkilərdə Azərbaycan vətəndaşları çox da aktiv olmayıb. Amma bu dəfə həmin aktivlik hiss olunacaq. Çünki, namizdələrin kifayət qədər təbliğat aparmaq imkanları oldu".


Fəzail Ağamalı: "Əhali daha böyük üstünlüyə malik olan, favorit hesab edilən İlham Əliyevə səs verəcək"

Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı qeyd etdi ki, bütün mərhələlərdə Azərbaycanda seçki prosesi beynəlxalq standartlara və qanunverciliyə uyğun olaraq təşkil olunub: "Bütün namizədlər üçün yaradılmış olan şəraitdən hər kəs öz bacarığına uyğun istifadə etdi. Müşahidələr birmənalı olaraq təsdiq etdi ki, 10 namizədin içərisində seçki kampaniyasını İlham Əliyevin siyasi komandası daha peşəkar, mütəşəkkil keçirdi. Bu aktivliyi digər namizdələr barədə demək mümkün deyil. İlham Əliyevin tərəfdarlarından fərqli olaraq onların keçirmiş olduqları mitinqlərə insanlar maraq göstərmirdilər. Əminliklə demək olar ki, seçkilər tam şəffaf keçiriləcək. Əhali də daha böyük üstünlüyə malik olan, favorit hesab edilən, peşəkara üstünlük verəcək. Bu da şübhəsiz ki, İlham Əliyevdir".


Kamil Seyidov: "Bu seçkinin favoriti indiki prezident İlham Əliyev cənablarıdır"

Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov bildirdi ki, sözsüz, bu seçkinin favoriti indiki prezident İlham Əliyev cənablarıdır: "Son günlər keçirilən sorğuların nəticəsi də onu göstərir ki, ictimai rəyin böyük əksəriyyəti İlham Əliyevin seçimi üzərində dayanır. Şübhəsiz ki, bu seçki də böyük üstünlüklə İlham Əliyevin qələbəsi ilə başa çatacaq. Eyni zamanda ictimai rəy, əhalinin müxalifətin mitinqinə olan münasibəti bir daha göstərdi ki, bu seçkilərin vahid favoriti, layiqli namizəd kimi İlham Əliyev cənablarıdır".


Aynur Camalqızı: "Bu seçkinin qalibi İlham Əliyev olacaq"

"Qadın Konsensus" Mərkəzinin direktoru, sabiq millət vəkili Aynur Camalqızının fikrincə, bu seçkinin qalibi İlham Əliyev olacaq: "Hər halda bu seçkidə əhalinin fəallığını yüksək qiymətləndirmək olar. Mən özüm də "Qadın Konsensus" Mərkəzinin rəhəbi kimi bu seçkidə fəal iştirak etmişəm. Əhalinin əhval-ruhiyyəsindən bilirəm ki, insanlar fəal şəkildə seçkilərə gedəcək və öz seçimlərini edəcəklər".


Əliməmməd Nuriyev: "Əhali ölkədəki inkişafı görüb daha fəal olacaq və layiqli namizədə səsini verəcək"

"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirdi ki, insanlar gəlib inkişafa tərəqqiyə, sabitliyə səs verəcəklər: "Əhali hər halda ölkə ərazisində gedən proseslərə diqqətlə fikir verir. Ölkədəki inkişafı görüb daha fəal olacaq və layiqli namizədə səsini verəcək".


Rauf Zeyni: "Həm yerli, həm də beynəlxalq rəy sorğularında öndə gedən İlham Əliyevdir"

Milli QHT Forumunun sədri Rauf Zeyni bildirdi ki, ümumilikdə seçkilərlə bağlı tədbirlərdə 2000-dən çox seçicilərlə ünsiyyətdə olduq: "Əhalinin ümumi əhval-ruhiyyəsi çox müsbətdir və əvvəlki illərdən fərqlidir. İnsanlar artıq hüquqlarını da daha yaxşı bilirlər. Vətəndaşalrın seçkilərə münasibəti daha yaxşıdır. İnsanların davamlı inkişafa, sabit cəmiyyətə, dövlətçiliyə böyük dəstək verməsi hiss edilməkdədir. İnsanlar əvvəllər bu kimi məsələlərə biganə yanaşırdılar. Artıq həmin biganəliyi görmürük. Əhalinin əksəriyyəti öz sosial vəziyyəti ilə yox, dövlətçilik düşüncəsi ilə, bu sabitliyi, inkişafı təmin edən liderləri düşünür. Odur ki, həm yerli, həm də beynəlxalq rəy sorğularında öndə gedən İlham Əliyevdir".


Fatma Əliyeva: "Əhalimiz İlham Əliyevi dəstəkləyir"

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva bildirdi ki, bütün işlər gedişatdan asılıdır: "İndiyə qədər proseslər şəffaf gedib. Bundan sonra da şəffaf olmalıdır. Öz qurultayımızda İlham Əliyevin namizdəliyini dəstəkləmişik. Bu günə qədər də onun dəstəkləməkdə qalıram. İnanıram ki, dövlətimiz şəffaflıq üzərində qələbə çalacaq. Əhalimiz də məhz İlham Əliyevi dəstəkləyir. Çünki, onun gördüyü işlər artıq göz qabağındadır".


Rauf Qurbanov: "Seçkilərin favoriti YAP-ın namizədi İlham Əliyevdir"

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirdi ki, hər bir vətəndaş öz konstitusyon borcunu yerinə yetirərək məntəqlərə gedəcək və istədiyi namizədə səs verəcək: "Bunun üçün Azərbaycanda real demokratik şərait var. Seçki öncəsi hansısa namizədin xeyrinə fikir söyləmək təbliğat xarakteri daşımış olar. Amma seçkilərin favoriti YAP-ın namizədi İlham Əliyevdir".


Fərid Şahbazlı: "Əminliklə deyə bilərik ki, qalib İlham Əliyev olacaq"

"İslahatçı Gənclər" İctimai Birliyinin (İB) sədri Fərid Şahbazlı bildirdi ki, ölkəmizdə olduqca şəffaf seçki mühiti mövcuddur: "Azərbaycanda seçki öncəsi aparılan təbliğat sübut etdi ki, bütün siyasi qüvvələrə bərabər şərait yaradılıb. Bu şəraitdən də hər bir namizəd öz gücü çərçivəsində istifadə edib. Namizədlərə ayrıca diskriminasiya olmadan hər birinin hüquqları gözlənildi. Bütövlükdə seçkilərin qalibi məlumdur. Bu qalibin məlum olması bu günün, dünənin, yaxın keçmişin məsələsi deyil. Bu, uzun illərdir, formalaşan siyasətin məntiqi yekunudur. Əminliklə deyə bilərik ki, qalib İlham Əliyev olacaq. Ölkə başçısının qələbəsi həm də Azərbaycan gəncliyinin qələbəsidir. Bu istiqamətdə də əminəm ki, Azərbaycan gəncliyi öz mövqeyini nümayiş etdirəcək. Real mənzərə ortadadır. Yerli və beynəlxalq sorğular da İlham Əliyevi seçkilərin favoriti olduğu həqiqətini ortaya qoyub. Seçkiöncəsi şəffaflıq onu göstərir ki, seçkilər də olduqca demokratik keçiriləcək. Bununla bağlı heç bir dünya ölkəsinin şübhəsi olmamalıdır".


Sadıx Bağırov: "Son 10 illik tariximizə baxanda başqa bir namizədi prezident olaraq görmürük"

Azərbaycan Kikboksinq Federasiyası milli komandanın rəisi Sadıx Bağırov bildirdi ki, bizim federasiya fəal şəkildə prezident seçkilərində iştirak edəcək: "Artıq bizim seçimimiz bəllidir. Son 10 illik tariximizə baxanda başqa bir namizədi prezident olaraq görmürük. Çünki, inkişafımız, əldə etdiyimiz nailiyyətlərimiz məhz ulu öndər Heydər Əliyevin davamçısı cənab prezident İlham Əliyevin müdrik siyasətindən, gəncliyə göstərdiyi qayğıdan irəli gəlir. Biz də bu qayğını hiss edərək öz seçimimizi etmişik. Elə Azərbaycan Kikboksinq Federasiyası prezidenti millət vəkili Adil Əliyevin rəhbərliyi altında keçirilən iclaslarımızda dəfələrlə İlham Əliyev tərəfindən olan qayğı vurğulanıb. İnanıram ki, idmançılarımız sağlam seçim edəcəklər".

Sizin Reklam Yeriniz